Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə kanalda 56 yaşlı kişinin meyiti tapılıb

12:20 - 16 Dekabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: