Ucnoqta.az
www.ucnoqta.az

“Omikron” ştamına yoluxma sürətlə artır" - <font color=red><b>ÜST</b></font>

11:08 - 16 Dekabr 2021 tarixində dərc olunub.

"Koronavirusun “Omikron” ştamına yoluxanların sayı hər iki-üç gündən bir ikiqat artır".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro deyib.

O, yeni ştam üzündən yaxın zamanlarda ölüm hallarının artacağını söyləyib.

ÜST-dən bildirilib ki, “Omikron” ştamının daha yüksək yoluxma xassəsi yaxın gələcəkdə səhiyyə sistemini böyük çətinliklərə düçar edəcək.

Müəllif: