Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda avtobus minik avtomobili ilə toqquşub, ölən var

21:00 - 15 Dekabr 2021 tarixində dərc olunub.

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "Ford" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Ağsu rayon sakini 38 yaşlı İsmayılov Ramil Kamil oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aprılır.

Müəllif: