Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz ov edən 3 nəfər tutulub -<font color=red><b> FOTO</b></font>

11:32 - 15 Dekabr 2021 tarixində dərc olunub.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Müəllif: