Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

18:00 - 14 Dekabr 2021 tarixində dərc olunub.

Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: