Ucnoqta.az
www.ucnoqta.az

Yardımlıda uşaq bağçasında yanğın olub

17:44 - 14 Dekabr 2021 tarixində dərc olunub.

Yardımlı rayonunda uşaq bağçasında yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: