Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə "Mercedes" motosikletlə toqquşub - <font color=red><b>xəsarət alan var</b></font>

23:07 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını motosikletə çırpılıb. Qəza zamanı motosikletin sürücü 1993-cü il təvəllüdlü R.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: