Ucnoqta.az
www.ucnoqta.az

Həbsdə olan qonşusuna narkotik ötürməyə cəhd etdi

18:55 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Fərid Fərhad oğlu Mustafayevə qonşusu Bakı şəhər sakini Azər Tofiq oğlu Quliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan hamam dəsmalına hopdurulmuş ümumi çəkisi 0,361 qram olan narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: