Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada yaşayış binasında yanğın oldu, 30 nəfər təxliyə edildi

17:41 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala şəhərində Heydər Əliyev prospekti ünvanında beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1080 m² olan dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damda quraşdırılmış 5 ədəd plastik su çəni yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Müəllif: