Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsən sakinlərindən silah aşkarlandı

15:55 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini İqbal Bağırovdan 1 ədəd “TOZ-63” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi, həmkəndlisi Faiq Abdullayevdən isə tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: