Ucnoqta.az
www.ucnoqta.az

“Arzum “Fənərbaxça” ilə qarşılaşmaqdır” - <font color=red><b>“Qarabağ”ın prezidenti</b></font>

14:21 - 13 Dekabr 2021 tarixində dərc olunub.

“Qarabağ”ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsindən sonra brifinq keçirib.

Ucnoqta.az xəbər verir ki, klub rəhbəri tədbirin ardından jurnalistlərin suallarını cavablandırıb.
O, Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatması barədə fikirlərini açıqlayıb: “Ən böyük arzum “Fənərbaxça” ilə qarşılaşmaqdır. Uşaqlıqdan xəyalımdır. Bəlkə iki qardaş ölkənin prezidenti yan-yana oturub oyunu izləyər”.

Qeyd edək ki, pley-offun püşkü bu gün Bakı vaxtı ilə saat 17:00-da atılacaq.///apasport

Müəllif: