Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda qadın kişini bıçaqladı

13:24 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzindəki kafelərdən birində qeydə alınıb. Rayon sakini Rasim Sədrəddin oğlu Səmədovla qonşusu Mərziyyə adlı xanım arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.

Zərərçəkən Rasim Səmədov qarın divarının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müəllif: