Ucnoqta.az
www.ucnoqta.az

AQTA Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

10:47 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Ucnoqta.az-a agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.

Müəllif: