Ucnoqta.az
www.ucnoqta.az

Yeniyetmə qız geyim əşyalarına görə özünü öldürmək istədi

10:00 - 13 Dekabr 2021 tarixində dərc olunub.

Xaçmaz rayonunda intihara cəhd baş verib.

Hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva təcilli tibbi yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: