Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil piyadanı vurub

21:45 - 12 Dekabr 2021 tarixində dərc olunub.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, Zeyvə kəndində qeydə alınıb.

Minik avtomobili 1979-cu il təvəllüdlü Pərviz Əjdər oğlu İbrahimovu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: