Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.