Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə piyadanı avtomobil vurub, <font color=red><b>vəziyyəti ağırdır - Foto</b></font>

11:43 - 12 Dekabr 2021 tarixində dərc olunub.

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən naməlum yaşlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: