Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda qadın sürücünün idarə etdiyi avtomobil aşdı - 4 nəfər yaralanıb

11:11 - 12 Dekabr 2021 tarixində dərc olunub.

Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Bərdə sakini, 1987-ci il təvəllüdlü Xudaverdiyeva Nəsibə Akif qızı idarə etdiyi “Hundai” markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Lalə İmran qızı, Bərdə sakini, 2003-cü il təvəllüdlü Xudaverdiyeva Səma Xalid qızı və Füzuli rayon sakini, 2019-cu il təvəllüdlü Məmmədova İnci İlkin qızı ağır olmayan xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: