Bakıda ər metronun yanında hamilə həyat yoldaşını bıçaqladı
09:34 - 11 Dekabr 2021 tarixində dərc olunub.
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb. Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.