Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 44 yaşlı kişi evində başından güllələndi - <font color=red><b>FOTO</b></font>

23:45 - 10 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda qətl hadisəsi törədilib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan 44 yaşlı Mirzəyev Allahverdi Ağaşirin oğlu yaşadığı evdə başından güllələnib.

A.Mirzəyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif: