Qız üstündə bıçaqlanma - <font color=red><b>saxlanılan var</b></font>
02:32 - 10 Dekabr 2021 tarixində dərc olunub.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 5 mikrorayonunda qeydə alınıb.
Samux rayonunun İnstitut qəsəbə sakini 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə qolunu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Xəstənin yarası tikilib vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, İ Baxışzadəni Tural adlı şəxs bıçaqlayıb. Hadisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə tərəflər arasında mübahisə qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır