Ucnoqta.az
www.ucnoqta.az

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib

23:45 - 9 Dekabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Ucnoqta.az FHN-ə istinadən xəbər verir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: