Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda oğul anasını avtomobillə vuraraq öldürdü

18:51 - 9 Dekabr 2021 tarixində dərc olunub.

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: