Ucnoqta.az
www.ucnoqta.az

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub

13:17 - 9 Dekabr 2021 tarixində dərc olunub.

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan iki nəfər minaya düşərək həlak olub.

Hadisə nəticəsində Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyev həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: