Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb

00:30 - 9 Dekabr 2021 tarixində dərc olunub.

İmişlidə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli şəhərinin N.Nərimanov və Q.Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “Jiquli” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində rayonun Boşçalılar kənd sakini Arifə adlı qadın (soyadı dəqiqləşdirilir-red) və daha bir nəfər (kişi, şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: