Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə 8 yaşlı uşağı avtomobil vurub

09:03 - 7 Dekabr 2021 tarixində dərc olunub.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü Məmişov Telman İsa oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.
Müəllif: