Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə nazirinin müavini Moskvaya yola düşüb

21:00 - 6 Dekabr 2021 tarixində dərc olunub.

Dekabrın 6-da müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, o, hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak edəcək.

Səfər dekabrın 9-dək davam edəcək.

Müəllif: