Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan ordusunun əsgəri öldürülüb

01:16 - 6 Dekabr 2021 tarixində dərc olunub.
Ermənistan ordusunun hərbi qulluqçusu güllələlənib. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:20 radələrində olub. Belə ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Qor Martirosyan müəmmalı şəraitdə odlu silahdan açılan atəşlə ağır yaralanıb. O, aldığı xəsarətdən ölüb. Hadisənin başvermə şəraiti ilə bağlı təhqiqat aparılır.
Müəllif: