Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 11 yaşlı uşaq 14 yaşlı qardaşını güllələdi

21:46 - 5 Dekabr 2021 tarixində dərc olunub.

Ucarda qardaş qardaşı güllələyib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Alpout kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: