Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə avtomobil su kanalına düşüb, <font color=red><b>xəsarət alan var - FOTO</b></font>

17:24 - 4 Dekabr 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: