Ucnoqta.az
www.ucnoqta.az

Yeni nazir müavini 3 il əvvəl "Audi" ilə "Bravo"ya girmişdi - <font color=red><b>FOTO</b></font>

19:50 - 3 Dekabr 2021 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi noyabrın 29-da Azərbaycan Prezidentinin sərəncamı ilə Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.

Ucnoqta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, M. Vasilevanın nazir müavini təyin olunmasından sonra onun iştirakı ilə 3 il əvvəl törədilmiş qəza gündəmə gəlib.

Belə ki, 2018-ci ilin dekabr ayında M. Vasileva sürücüsü olduğu "Audi-Q3" markalı avtomobillə “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girmiş, ​​qəzadan sonra həmin maşının dövlət nömrə nişanını çıxarmışdı.

Həmin vaxt o, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi vəzifəsini icra edirdi.

Müəllif: