Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sürət qatarı süpürgəçini vurub öldürdü - <font color=red><b>YENİLƏNİB</b></font>

17:53 - 3 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda qatar vuran süpürgəçinin kimliyi məlum olub.

Araşdırmalar nəticəsində qatar vuran qadının 47 yaşlı Əliyeva Həcər Musarza qızı olması müəyyən edilib.
Zərbənin təsirindən qadının baş-beyin nahiyəsinin əzildiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

 14:43

Bakıda sürət qatarı qadını vurub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Pirşağı elektrik qatarı yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Pirşağı istiqamətində hərəkətdə olan sürət qatarı ərazidə təmizlik işləri aparan süpürgəçi qadını vurub. Nəticədə qadın hadisə yerində keçinib. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

 

Müəllif: