Ucnoqta.az
www.ucnoqta.az

Qubada əl qumbaraları tapılıb

16:30 - 3 Dekabr 2021 tarixində dərc olunub.

Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Müəllif: