Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var
21:45 - 2 Dekabr 2021 tarixində dərc olunub.
Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində üçü bir ailənin üzvü olmaqla, dörd nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.