Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə 20 yaşlı qız dəm qazından zəhərləndi

15:31 - 1 Dekabr 2021 tarixində dərc olunub.

Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, şəhərin Ş.İ.Xətai küçəsi 15 ünvanında 2001-ci il təvəllüdlü Ləman İlham qızı Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: