Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa görə bağlanan liseydə əyani dərslər bərpa olundu

09:40 - 29 Noyabr 2021 tarixində dərc olunub.

Koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.

Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.

Qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qəbul olunub.

Xatırladaq ki, Bakı Avropa Liseyinfə 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən lisey noyabrın 12-dən distant tədrisə keçmişdi.///report

Müəllif: