Ucnoqta.az
www.ucnoqta.az

İranda yük və minik avtomobilləri toqquşub - <font color=red><b>5 ölü, 18 yaralı</b></font>

23:46 - 28 Noyabr 2021 tarixində dərc olunub.

İranın Hörmüzqan əyalətində Minab-Sirik magistral yolunda yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, minik avtomobilində olan sərnişinlər Əfqanıstan vətəndaşları olub.

Hadisə nəticəsində yaralanan 18 nəfərdən 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar arasında bir qadın və iki 3-4 yaş aralığında uşaq var.

Müəllif: