Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə və İran prezidentlərinin görüşü olub

12:15 - 28 Noyabr 2021 tarixində dərc olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı ilə əlaqədar Türkmənistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlərə başlayıb.

APA-nın məlumatına görə, səfər çərçivəsində Türkiyə Prezidenti İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Görüş yarım saat davam edib.

 

Müəllif: