Ucnoqta.az
www.ucnoqta.az

İcra hakimiyyətinin əməkdaşı qəzaya düşdü

23:48 - 27 Noyabr 2021 tarixində dərc olunub.

Goranboyda idarəetmədən çıxan avtomobil aşıb.

Hadisə Qazanbulaq kəndi istiqamətində baş verib.Yol nəqliyyat hadisəsi zamanı idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü sürücü Murov Həsənov xəstəxanaya yerləşdirilib. 

Qeyd ki, Murov Həsənov Rayon İcra hakimiyyətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.///unikal

Müəllif: