Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda ağır yol qəzası olub - xəsarət alanlar var

21:34 - 27 Noyabr 2021 tarixində dərc olunub.

Biləsuvarda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü İlqar Mehman oğlu Atakişiyev "BMW" markalı avtomobillə Biləsuvar şəhərində hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: