Ucnoqta.az
www.ucnoqta.az

General polkovniki ehtiyata göndərdi - <font color=red><b>Foto</b></font>

15:20 - 26 Noyabr 2021 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.

Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.

Müəllif: