Ucnoqta.az
www.ucnoqta.az

Operativ Qərargahdan vaksin olunanlarla bağlı <font color=red><b>MƏLUMAT - FOTO</b></font>

16:40 - 25 Noyabr 2021 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.

Müəllif: