Ucnoqta.az
www.ucnoqta.az

Salyanda motosiklet aşıb, 5 yaşlı qız ölüb

13:07 - 25 Noyabr 2021 tarixində dərc olunub.

Salyanda motosiklet aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 24-də saat 17 radələrində Salyan rayonunun Cəngən kəndi ərazisində kənd sakini T.Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparır.

Müəllif: