Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil 19 yaşlı qızı vurub

01:33 - 25 Noyabr 2021 tarixində dərc olunub.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Musalı Ləman Elnur qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sağ qaş nahiyəsinin çapılmış yarası diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.///report
Müəllif: