Sabirabadda 16 yaşlı velosipedçini avtomobil vurub.
Hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində qeydə alınıb. “QAZ 24” markalı avtomobil velosiped idarə edən kənd sakini 2005-ci il təvəllüdlü Əkbərli Nicat Vüqar oğlunu vurub. Ağır kəllə-beyin travması alan yeniyetmə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///apa