Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda 34 yaşlı kişi itkin düşüb - <font color=red><b>Foto</b></font>

15:58 - 24 Noyabr 2021 tarixində dərc olunub.

Naftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Naftalan şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Musayev cari ilin noyabr ayının 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T. Musayevin əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: