Ucnoqta.az
www.ucnoqta.az

Qusarda silah-sursat aşkarlanıb - <font color=red><b>Foto</b></font>

11:09 - 24 Noyabr 2021 tarixində dərc olunub.

Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Müəllif: