Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda zəncirvari qəza</b></font> - iki “KamAZ”, bir minik maşını toqquşub

13:10 - 23 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda iki yük avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nadir Rüstəmlinin idarə etdiyi “BMW”, C.Əliyevin idarə etdiyi “KamAZ” və R.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N.Rüstəmli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: