Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə yol qəzası olub - <font color=red><b>ölən var</b></font>

23:53 - 22 Noyabr 2021 tarixində dərc olunub.

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb. Belə ki, Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitısi ilə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"-nın sərnişini, 1991-ci il təvəllüdlü Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasın dəyişib.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: