Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mebel salonundan oğurluq edilib

12:44 - 22 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda mebel salonundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1 500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: